Almaniyanın birləşdirilməsi 2 trilyon avroya başa gəlib
AzVision.az xəbər verir ki, alman tədqiqatçıları bu qənaətə gəliblər.
Bu zaman məbləğin 60-65 %-i Almaniya hökuməti tərəfindən sosial xərclərə - ilk növbədə keçmiş ADR-də pensiyaların artırılmasına yönəldilib. 14,5 milyard avroya yaxın vəsait şərqin iqtisadiyyatını stimullaşdırmaq üçün müxtəlif proqramlara xərclənib. Birbaşa maliyyə subsidiyaları isə 560 milyard avro təşkil edib.
Bununla belə, ADR-in tərkibində olan federal ərazilər hələ də iqtisadi və sosial göstəricilər üzrə qərb bölgələrinə ciddi şəkildə uduzur. (Musavat)
Teqlər: