Turçinov: Rusiya Ukraynaya qarşı müharibə aparır

Turçinov: Rusiya Ukraynaya qarşı müharibə aparır
  05 May 2014    Oxunub:829
“Bizim ölkəyə qarşı Rusiya Federasiyası həm Ukraynanın cənubunda həm də şərqində müharibə aparır. Onlar ölkədə vəziyyəti tamamilə gərginləşdirmək istəyirlər”.

AzVision.az-ın məlumatına görə, bu barədə Ukrayna prezidenti və Ali radasının sədri Aleksandr Turçinov “5-ci kanal”a müsahibəsində bildirib.

O, vurğulayıb ki, ruslar ölkənin şərqində bunu edə biliblər, lakin Odessanın vətənpərvər sakinləri onlara qarşı müqavimət göstərib.

Turçinovun sözlərinə görə, Odessada baş verən toqquşmaların qurbanı 46 nəfər olub. Onlardan 42-i Həmkarlar İttifaqı Evində ölüb.

O, həmçinin bildirib ki, Odessadakı hadisələrin təşkilatlatçılarından bir neçəsi Rusiya vətəndaşı olub.


Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti