Ukraynada döyüşlər: Ölən və yaralılar var - Video

Ukraynada döyüşlər: Ölən və yaralılar var - Video
  05 May 2014    Oxunub:961
Ukraynada vəziyyət yenidən gərginləşib.
AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, Ukrayna hərbçiləri Semenovka və Slavyansk şəhərini odlu silahlardan atəşə tuturlar.

Tərəflər arasında atışma nəticəsində xeyli sayda adam ölüb. Özünümüdafiə dəstələri toqquşma nəticəsində onlarla insanın öldüyünü bildirir. Semenovkada demək olar ki, hər yerdə atışma və partlayış səsləri eşidilir. Şəhərdə vəziyyət olduqca gərgindir. Ukrayna ordusu o cümlədən şəhərə təcili tibbi yardım maşınlarının hərəkət etməsinə də şərait yaratmırlar.

Bu arada Ukrayna hərbçiləri Semenovkadan sonra Slavyansk şəhərini mühasirə alırlar. Semenovka və Slavyanskda yaralılanları hospitala gətirirlər. Onlara tibbi yardım göstərilir. Təsdiqlənən məlumata görə, döyüşlər nəticəsində iki nəfər ölüb, 10 nəfər yaralanıb. Şəhər sakinləri küçələrə çıxaraq, ağacları qırır, yollarda barrikadalar yaradırlar.



Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti