İsrail hərbçiləri fələstinlilərin həbsinə başladı

İsrail hərbçiləri fələstinlilərin həbsinə başladı
  05 May 2014    Oxunub:1149
Rəmallah mənbələrinin məlumatına görə, Tsaxal əsgərləri Nablus şəhəri yaxınlığında 4, Medma bölgəsində isə 2 fələstinli gənci həbs edərək naməlum istiqamətə aparıb. Daha bir nəfər isə Qüdsə girmək istəyərkən güllə ilə vurulub. Yaralanan gənc sonradan yəhudi əsgərlər tərəfindən xəstəxanaya çatdırılıb. Yeni həbslərin aparıldığını İsrail hərbi radiosu da təsdiqləyib. Bildirilib ki, Berqa və Medmadakı gənclər terror aktı hazırlamaqda ittiham edildiyi üçün saxlanılıblar.

Qüdsə girmək istəyən gənc isə təhlükəsizlik divarını aşaraq şəhərə daxil olmağa çalışıb. Fələstinin Əsirlər Naziriliyi isə həyəcan təbili çalır. Qurumdan bildirilib ki, hazırda İsrail həbsxanalarında 5100 fələstinli məhbus saxlanılır. Onlardan 477-si ömürlük, 439-u isə 20 ildən artıq həbs cəzası alıb. Həbs olunanlar arasında uşaqların və millət vəkillərinin də olduğu bildirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti