İsveçrə Yanukoviçin bank hesablarını donduru

İsveçrə Yanukoviçin bank hesablarını donduru
  06 May 2014    Oxunub:1036
İsveçrə höküməti ölkə banklarında Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçə və onun yaxınlarına məxsus (193 milyon dollar) bank hesabını dondurub. Bu haqda Reuters agentliyi məlumat verib.
AzVision.az-ın verdiyi məlumata görə, bank hesablarının dondurulması haqda qərar, prokurorluğun pulların yuyulmasında şübhəli bilinən 6 nəfərə qarşı cinayət işi açmasından sonra verilib.

İsveçrə Ukrayna vətəndaşlarına sanksiyalar tətbiq edilməsi ilə bağlı ilk dəfə fevral ayının sonunda məlumat vermişdi. Həmin vaxt İsveçrə Ukraynanın baş nazirinin müavini Sergey Arbuzov, daxili işlər naziri Vitali Zaxarçenko, prezident administrasiyanın rəhbəri Andrey Kluyev, Viktor Yanukoviçin oğlanları və keçmiş baş prokuror Viktor Pşonkinin bank hesablarını dondurmuşdu.

Qeyd edək ki, martın 6-da Avropa Birliyi Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçə qarşı sanksiyalar tətbiq edib. Yanukoviçdən başqa AB-nin sanksiya siyahısına 18 ukraynalı da əlavə olunub. Brusel hesab edir ki, bu şəxslərin dövlət vəsaitinin mənimsənilməsində əlləri ola bilər.



Teqlər:  





Xəbər lenti