Timoşenkonun həyatı təhlükədədir

Timoşenkonun həyatı təhlükədədir
  06 May 2014    Oxunub:1365
“Batkivşina” partiyasının lideri, Ukrayna prezidentliyinə namizəd Yuliya Timoşenkonun mətbuat katibi Marina Soroka bəyan edib ki, sabiq baş nazirin həyatı təhlükədədir.
Bu barədə AzVision.az Ukrayna KİV-nə istinadən bildirib.

Soroka həmçinin bildirib ki, mövcud təhlükə ilə bağlı hüquq mühafizə orqanları əməkdaşları xəbərdar edilib.

Eyni zamanda Soroka qeyd edib ki, may ayının 6-da Timoşenko seçicilər və rayon rəhbərliyi ilə görüşmək məqsədilə Nikolayev vilayətinə səfər edəcək.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər:  





Xəbər lenti