Rusiya qırıcıları ABŞ səmasında
“Rusiyanın Ukrayna və Kiyevdəki hərəkətləri Asiya-Sakit okean regionuna birbaşa təsir edir. Onlar (Rusiya HHQ) uzaq aviasiyanın köməkliyi ilə Kaliforniya sahillərin yaxınlaşıb, Quam adasının üzərindən uçublar” – deyə, bildirən Karlayl qeyd edib ki, bununla da Rusiya aviasiyası kəşfiyyat məlumatları toplamaq istəyib.
O, vurğulayıb ki, Quam üzərindən “Tu-95” Rusiya təyyarəsinin ələ keçirilməsi məqsədilə “F-15” amerikan təyyarələri havaya qaldırılıb.
Amerika HHQ rəhbəri o cümlədən Rusiya HHQ-nin Koreya və Yaponiya sahillərində də aktivliklərinin kəskin artıdığını bildirib. Karlayl bu barədə daha ətraflı məlumat verməkdən imtina edib.
Eldar Tanrıverdiyev
AzVision.az