Türkiyə parlamentində dava – FOTOLAR

Türkiyə parlamentində dava – FOTOLAR
  06 May 2014    Oxunub:1069
Türkiyə Möyük Millət Məclisinin baş toplantısında 4 keçmiş nazir ilə bağlı dinləmələrdə komissiya yaradılması ilə bağlı hazırlıqların müzakirəsi zamanı keçmiş nazir Egemen Bağış ilə MHP-dən olan millət vəkilləri arasında dava düşüb.

Belə ki, Egemen Bağış Aytuğ Çırağın onun haqqında dediklərinə cavab vermək üçün söz istəyərkən MHP-li deputatların tənqid hədəfinə tuş gəldi.

MHP-yə üzv deputatların Egemen Bağışa təpkisinə hirslənən Ədalət və İnkişaf Partiyasının üzvü Metin Külünk “Bəsdir daha” deyərək onlara hücum çəkib. Nəticədə tərəflər əlbəyaxa olublar.

Davanı araya girən digər millət vəkilləri sakitləşdirib.

Səbinə Həsənova

Qalereya




Teqlər:  





Xəbər lenti