ABŞ-dan Rusiyaya daha bir zərbə

ABŞ-dan Rusiyaya daha bir zərbə
  06 May 2014    Oxunub:749
ABŞ-ın yeni vergi haqqında qanunu Rusiya banklarının işini çətin vəziyyətə sala bilər.
Bu barədə qərar yay aylarında qüvvəyə minəcək. Yeni qanuna əsasən bütün banklar öz amerikalı əmanətçiləri haqqında informasiyanı rəsmi Vaşinqtonla bölüşməlidir.

Qanunun əsas məqsədi xaricdə hesabları olan ABŞ vətəndaşları arasında vergidən yayınma hallarının qarşısını almaqdır. ABŞ artıq 50 ölkə ilə məlumat mübadiləsi haqqında saziş bağlayıb. Rusiya danışıqlar aparılıb. Lakin Ukraynadakı son vəziyyətə görə ikitərəfli əlaqələr dondurulub.

ABŞ Dövlət Vergi Xidmətinin sədrinin sabiq müavini Mark Matthevs isə bu vəziyyətin Rusiya banklarını çətin vəziyyətə salacağını söyləyib: "Bu Rusiya bankları üçün çox böyük problemdir. Bu dəyişiklik onların rəqabət qabiliyyətini azaldacaq ki bu da nəticə etibarı ilə Rusiya banklarına kapital axınını azalda bilər".

Səbinə


Teqlər:





Xəbər lenti