Nigeriyada qaçırılan məktəbli qızlar satılacaqlar - VİDEO

Nigeriyada qaçırılan məktəbli qızlar satılacaqlar - VİDEO
  07 May 2014    Oxunub:1153
`Boko Haram` terror terror təşkilatı ötən ay Nigeriyada qaçırılan məktəb qızlarını satmaqla hədələyib.
AzVision.az xəbər verir ki, Kütləvi İnformasiya Vasitələrinin əlinə keçmiş videoyazıda təşkilatın rəhbəri Əbubəkr Şekau qızların onun öz mülkiyyəti olduğunu bildirib.

"Mən sizin qızlarınızı qaçırmışam, onları bazarda satacam", - deyə terrorçu bildirib . Qızların oğurlanması bu həftə Abujada keçirilməsi nəzərdə tutulan Dünya İqtisadi Forumunuda kölgə altında qoyur.

Bu arada Vaşinqtondan Nigeriya hökümətinin yardım çağırışlarına cavab gəldi. "Biz baş verənləri yolverilməz dəhşətli faciə kimi qiymətləndiririk –deyə Ağ Evin sözçüsü Jey Karney bildirib.

Xatırladaq ki, `Boko Haram` silahlıları aprelin 15-də Nigeriyanın şimalında orta məktəbə hücum edərək 200-dən çox məktəbli qızı oğurlayıb. Təsdiqlənməmiş məlumatlara görə, qızların bəziləri artıq Çad və Kamerun sərhəddindən keçirilərək gəlin kimi satılıb. Abuja və Laos şəhərlərində hökümətin hadisə qarşısında acizliyi və qızların hələ də tapılmamasına qarşı kütləvi nümayişlər keçirilir. Bazar günü Nigeriya prezidenti Qudlak Conatan ilk dəfə vəziyyəti şərh etdi və oğurlanmış qızların yerinin hələ də bəlli olmadığını bildirdi.





Teqlər:  





Xəbər lenti