Güney Azərbaycanda güclü partlayış: 50 yaralı

Güney Azərbaycanda güclü partlayış: 50 yaralı
  07 May 2014    Oxunub:929
Güney Azərbaycanın Qəzvin şəhərində güclü partlayış baş verib.

AzVision.az xəbər verir ki, partlayış anbarda qeydə alınıb. İranın “Fars” agentliyi xəbər verir ki, partlayış nəticəsində 50-yə yaxın adam xəsarət alıb.

“İRNA” agentliyi isə partlayışın neft bazasında baş verdiyi barədə məlumat yayıb. Partlayışdan sonra güclü yanğın başlayıb və hazırda davam edir.

Qəzvin Güney Azərbaycanın ən böyük şəhərlərindən biridir. 330 min nəfərə yaxın əhalisi olan Qəzvin İranın ən vacib sənaye mərkəzlərindən biri sayılır. (Musavat)


Teqlər:





Xəbər lenti