ABŞ dünya üzrə hərbçilərinin sayını artırır

ABŞ dünya üzrə hərbçilərinin sayını artırır
  07 May 2014    Oxunub:1464
Silahlı qüvvələr və maliyyələşdirilmənin azaldılmasına baxmayaraq Pentaqon dünya üzrə hərbçilərinin sayını artırmaq və tərəfdaşlarla müdafiə sahəsində əməkdaşlığı aktivləşdirmək niyyətindədir.

AzVision.az-ın məlumatına görə, bu barədə ABŞ müdafiə naziri Çak Heyqel bildirib.

“Bu gün dünyanın 100 ölkəsində Amerika hərbçiləri var. Bu isə dünya üzrə 400 min əsgər deməkdir. Biz tərəfdaşlarımızın imkanlarını gücləndirməli, yeni alyanslar yaratmalı, birgə təhlükəsizliyin təmin olunması ilə bağlı sazişlərə sərmayə yatırmalıdır” – deyə, Heygel beynəlxalq münasibətlər üzrə Çikaqo şurasında çıxışı zamanı bildirir.

Onun sözlərinə görə, hazırda fokus Asiya-Sakit okean regionuna tərəf yönəlir. Nazir Filippin, Avstraliya, Sinqapur, Yaponiya və Cənubi Koreyada Amerika hərbçilərinin olmasını xatırlayıb.


Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti