NATO Şərqi Avropada daimi qoşun yerləşdirəcək

NATO Şərqi Avropada daimi qoşun yerləşdirəcək
  07 May 2014    Oxunub:893
Ukraynadakı hadisələrlə bağlı alyansın təyyarələri Baltikyanı ölkələrdə, Polşa və Rumıniyada hava məkanına nəzarəti gücləndirib.
NATO Ukraynada vəziyyətin gərginləşməsi əlaqədar olaraq öz qoşunlarının Şərqi Avropada daimi qoşunlarının yerləşdirilməsi məsələsini nəzərdən keçirir. Azvision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə NATO-nun Avropadakı Birləşmiş Qoşunların komandanı Filip Bridlav bildirib.

“Hesab edirəm ki, biz bu məsələni nəzərdən keçirməli və bizim ölkələrin rəhbərləri ilə müzakirə etməliyik” – deyə, general bildirib.

Qeyd edək ki, ötən gün bu məsələni müzakirə etmək məqsədilə Bridlav Kanadanın baş naziri Stiven Harperlə görüşüb.

Eldar Tanrıverdiyev
AzVision.az





Teqlər:  





Xəbər lenti