Slavyanskda döyüşlər bərpa edildi

Slavyanskda döyüşlər bərpa edildi
  07 May 2014    Oxunub:1446
Ukraynanın Slavyansk şəhərində hakimiyyət qüvvələri və federallaşma tərəfdarları arasında döyüşlər bərpa olunub.
AzVision.az-ın Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Dmitri Timçuk bildirib.

“İnformasiya Müqaviməti” qrupunun operativ məlumatlarına görə, Slavyansk ətrafında döyüşlər gedir” – deyə, Timçuk bildirib.

Məlumata görə, səhər saatlarında bir qrup insan şəhəri tərk etmək istəyir, lakin bu cəhdin qarşısı alınıb. O, vurğulayıb ki, hazırda Ukrayna hərbçiləri itki verməyib. Qarşı tərəfin itkiləri barədə isə məlumat verilmir.


Teqlər:





Xəbər lenti