Türkiyədə seçkilərin təbliğat-təşviqat günü məlum oldu

Türkiyədə seçkilərin təbliğat-təşviqat günü məlum oldu
  07 May 2014    Oxunub:1251
Türkiyədə yaxınlaşmaqda olan prezident seçkilərinin təbliğat-təşviqat kampaniyasının başlanacağı gün məlum olub.
Afyonkarahisarda jurnalistlərin suallarını cavablandıran Ali Seçki komissiyasının rəhbəri Sədi Güvən bildirib ki, seçki marafonu iyun ayının 29-da start götürəcək. Buna qədər ara seçkilərin keçiriləcəyini deyən qurum rəhbəri seçki komissiyasının 25 müddəadan ibarət sənəd hazırladığını qeyd edib.

Güvənin sözlərinə görə, seçkidə iştirak etmək istəyən partiyalar iyunun 1-dən sandıq başına gedərək, namizədlərin sıra ardıcıllığını müəyyənləşdirəcək. İyulun 3-ə qədər namizədlərin qeydiyyatı başa çatmalı və onların dəqiq sayı iyulun 11-də rəsmi dövlət qəzetlərində dərc olunmalıdır. Güvən ilkin nəticələrin avqustun 11-də, seçkilərdən bir gün sonra elan olunacağını vurğulayıb.

Səbinə


Teqlər:





Xəbər lenti