İsrail prezidenti Netanyahunu günahlandırdı

İsrail prezidenti Netanyahunu günahlandırdı
  07 May 2014    Oxunub:1622
Peres baş naziri fələstinlilərlə sülh sazişinin pozulmasında baş naziri ittiham edib
İsrail prezidenti Şimon Peres müsahibə zamanı bildirib ki, üç il əvvəl o, Fələstin Milli Administrasiyasının rəhbəri Mahmud Abbasla sülh sazişi layihəsini razılaşdırıb, lakin bu təşəbbüs baş nazir Benyamin Netanyahunun tutduğu mövqeyə görə inkişaf etdirilməyib.

Fələstin-İsrail münaqişəsinin nizamlanması ilə bağlı layihə 2011-ci ildə Peres və Abbasın bir neçə dəfə İordaniyada məxfi görüşməsindən sonra hazırlanıb: “Biz bütün müddəaları razılaşdırmışdıq. Saziş artıq hazır idi” – deyə Peres İsrailin “İkinci” kanalına müsahibəsində bildirib.

Qeyd edək ki, 90 yaşlı Nobel sülh mükafatı laureatı Peres bu ilin yayında prezident kürsüsünü tərk edir. Parlament respublikası olan İsraildə real hakimiyyət hökumət başçısının əlində cəmləşib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti