Türkiyə 100 qırıcı təyyarə alır

Türkiyə 100 qırıcı təyyarə alır
  07 May 2014    Oxunub:5716
Türkiyə Amerika istehsalı olan 5-ci nəsil çox hədəfli “F-35 Lightning II” markalı qırıcı təyyarələr alacaq.
AzVision.az-ın Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, təyyarələri “Lockheed Martin” zavodunda istehsal edilir. İlk iki təyyarənin 2018-ci ildə Türkiyə Hərbi hava Qüvvələrinə təhvil veriləcəyi gözlənilir.

Sazişə əsasən, Ankara 16 milyard dollar dəyərində 100 ədəd “F-35” markalı qırıcı təyyarə alacaq.

F-35 konstruksiyasının seçimi 2001-ci ildə Boeing (X-32 modeli) və Lockheed Martin (X-35 modeli) şirkətləri arasında JSF (vahid zərbə qırıcısı) proqramı üzrə müsabiqə nəticəsində edilib. Proqram HHQ, HDQ və dəniz piyadaları üçün F-16, A-10, F/A-18, AV-8 qırıcılarının əvəz edilməsi üçün vertikal və qısaldılmış uçuş və enmə imkanına malik vahid qırıcı modelinin yaradılmasını nəzərdə tutur.

F-35 qırıcısının ilk uçuşu 2006-cı il dekabrın 15-də həyata keçirilib. 2012-ci ildən qırıcıdan təlimlərdə istifadə olunur.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti