- Vəsaitlərin böyük hissəsi daşınmaz əmlakla bağlıdır. Bura böyük kirayə gəliri gətirən dəbdəbəli malikanələr, otellər, restoranlar, ticarət mərkəzləri və s. mülklər aiddir.
"Xalq artıq Köçəryanın komandasından iyrənir" - Erməni deputat |
Keçmiş hakimlərdən biri Los-Ancelesin ən bahalı şəhəri sayılan Beverli Hilzdə nəhəng biznes mərkəzi tikir. Ermənistan Tennis Federasiyasının keçmiş prezidenti Harut Pambukyan milyonlarla dollar dəyərində bahalı avtomobil parkına sahibdir. Həftədə ən azı bir gün xeyli adamın qatıldığı Poker gecəsində iştirak edir, - keçmiş deputat deyib.
Onun sözlərinə görə, bir neçə saatlıq söhbət zamanı o da məlum olub ki, qanunsuz gəlirləri Kaliforniyaya köçürməyən, pulları qismən və ya tam şəkildə bura daşımayan bir dənə də olsun oliqarx və az-çox tanınmış erməni məmur yoxdur.
Hətta illərdir kapitalını Rusiyaya köçürənlərin də bir çoxu son illərdə vəsaitlərin ABŞ-a yönəldilməsi üçün müəyyən əməli addımlar atıblar.
- Anladığım qədəri ilə bütün bunlar ABŞ hakimiyyəti üçün hələlik ilkin araşdırmalardır. Bu kapital bu gün ABŞ-da korrupsiya və mütəşəkkil cinayətkarlığı təşviq edən pul kimi qəbul edilir.
Ermənistan hakimiyyəti hələlik bu istiqamətdə məşğul deyil, onların məlum mühüm informasiyalara çıxışı da yoxdur, - Babacanyan gileylənib.
O iddia edib ki, Ermənistanın ayağa qalxması və möhkəmlənməsi üçün böyük miqdarda pullar lazımdır. Qeyri-qanuni kapitalla bağlı məlumatların ABŞ hüquq-mühafizə orqanlarının diqqətini çəkməsi isə yaxşı haldır.
- Əgər lazımi işlər görülsə və səy göstərilsə, şübhə etmirəm ki, bu kapital Ermənistanın mülkiyyətinə keçə bilər, - deputat deyib.
Tural Tağıyev
AzVision.az