Uorlik erməni lobbisini məyus etdi
“Səfirin təqdim etdiyi çərçivələr nə mənəvi baxımdan məqbul, nə də praktik baxımdan davamlı ola bilməz. AMEK Qarabağin statusu məsələsinə fokuslanmanı alqışlayır, lakin hesab edir ki, bu plan demokratik özünü təyinetmənin Amerika idealından böyük ölçüdə geri qalır”, - deyə bəyanatda bildirilir.
Sənəd müəlliflərinə görə, hesabatda istifadə edilən “işğal dilinin qeyri-mötəbərliyi” qeyri-müəyyən və Azərbaycan tərəfindən asanca geri götürülə biləcək vədlərin qarşılığında Dağlıq Qarabağı və Ermənistanı strateji təhlükəsizlik güzəştlərinə səsləyir: “Biz status məsələsinə assimmetrik yanaşmadan məyusluq ifadə eləməklə yanaşı, maraqlı tərəf kimi Dağlıq Qarabağın gələcək statusu üçün daha balanslı, hərtərəfli və demokratik çərçivə müəyyən ediləcəyini səbirsizliklə gözləyirik”.
Qeyd edək ki, Uorlikin məruzəsi ilə bağlı ətraflı məlumatı sonrakı saatlarda təqdim etməyə çalışacağıq. (musavat.com)