Nigeriyada hücum nəticəsində 300 nəfər qətlə yetirildi

Nigeriyada hücum nəticəsində 300 nəfər qətlə yetirildi
  08 May 2014    Oxunub:1031
Nigeriyanın şimalı-şərqində naməlum silahlıların hücumu nəticəsində 300 nəfər qətlə yetirilib.

AzVision.az xəbər verir ki, qanlı insident Kamerunla sərhəddə yerləşən Borno ştatında baş verib. Hücumun “Boko Haram” qruplaşmasının gerçəkləşdirdiyi güman edilir.

Qeyd edək ki, `Boko Haram` silahlıları aprelin 15-də Nigeriyanın şimalında orta məktəbə hücum edərək 200-dən çox məktəbli qızı oğurlayıb.

Xatırladaq ki, “Boko Haram” Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır. 2013-cü ilin mayında Nigeriyanın prezidenti Qudlak Conatan ölkədə fövqəladə vəziyyət elan edərək “Boka Haram” qruplaşmasına qarşı hərbi əməliyyatın başlanmasını bəyan edib.


Teqlər:





Xəbər lenti