Spiker siyasətdən gedəcək
“Siyasət cəlbedici görünür, amma digər tərəfdən siyasətçinin şəxsi həyatı olmur. Bir çox narahatlıqlar yaradır” – deyə spiker vurğulayıb.
C.Çiçək Ədalət və İnkişaf Partiyasının (AKP) nizamnaməsinə görə, 3 dəfədən artıq deputat seçilməmə qaydasına da münasibət bildirib.
O vurğulayıb ki, bu qayda partiya üçün çox xeyirlidir: “Belə fikirlər səslənir ki, adı çəkiləbn qayda ləğv olunsun, Ərdoğan davam etsin. Hesab edirəm ki, bu qayda partiyanın yol xəritəsi üçün çox yaxşıdır. Türkiyə siyasəti üçün yox, Ədalət və İnkişaf PArtiyası üçün düzgün qaydadır”.
Qeyd edək ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) 70-dən artıq hazırkı deputatı 2015-ci il parlament seçkilərində iştirak edə bilməyəcək. Çünki partiyanın daxili nizamnaməsinə əsasən, AKP üzvü 3 dəfədən artıq deputat seçilə bilməz.
Fatimə Kərimli
Teqlər: