Çeçenlər Ukrayna separatçılarına kömək edəcək

Çeçenlər Ukrayna separatçılarına kömək edəcək
  08 May 2014    Oxunub:1747
“Çeçenistanda 10 minlərlə könüllü Ukraynada Rusiyaya meylli federallaşma tərəfdarlarına kömək etməyə hazırdır, bununla yanaşı qeyd etməliyəm ki, qonşu Ukraynada heç bir çeçen batalyonu yoxdur”,- deyə Çeçenistanın prezidenti Ramzan Kadırov “İnstaqram”da yazıb.

“İnsanın qarayanızdırsa, o demək deyil ki, o çeçendir. Çeçenlər arasında sarışın, mavi gözlü, sarı saçlı olanları da var”- Ramzan Kadırov yazıb.

Çeçenistan prezidenti həmçinin qeyd edib ki, o, Qroznu merinə Slavyanska gedərək orada yerli hökumətlə şəhərlərin qardaşlaşdırılması barədə razılaşma imzalamaq barədə tapşırıq verib.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti