Rusiya-Ukrayna sərhədində gərginlik

Rusiya-Ukrayna sərhədində gərginlik
  09 May 2014    Oxunub:931
Rusiya-Ukrayna sərhədində, Ukraynanın Luqansk vilayəti ərazisində yerləşən “İzvarino” nəzarət-buraxılış məntəqəsi silahlı şəxslərin hücumuna məruz qalıb.
Rus mətbuatının məlumatına görə, 40-dək silahlı şəxs nəzarət-buraxılış məntəqəsini ələ keçirməyə cəhd edib, lakin sərhədçilər hücumu dəf edə bilib.

Məlumata görə, silahlı şəxslər 2 mikroavtobusla NBM-ə gələrək sərhədçilərin təslim olunmalarını tələb ediblər. Baş vermiş qarşıdurma zamanı silahlı şəxslər “Molotov kokteyl”ərindən istifadə ediblər, sərhədçilər buna cavab olaraq atəş açıblar.

Hücum zamanı NBM-də yanğın baş verib, müqavimətlə üzləşən silahlılar Ukrayna ərazisinə doğru geri çəkiliblər.

Hazırda yanğın söndürülüb. Nəzarət-buraxılış məntəqəsi fəaliyyətini müvəqqəti dayandırıb.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Andrey Parubiy baş vermiş insidenti Rusiya hərbçilərinin təxribatı adlandırıb.


Teqlər:





Xəbər lenti