“Əl-Qaidə” lideri öldürüldü
“Şabani paytaxt Sanada cümə günü həyata keçirilən əməliyyatlar nəticəsində öldürülüb. O, “Əl-Qaidə”nin ən təhlükəli liderlərindən biridir.
Yemən polisinin məlumatına görə, Şabani insan oğurluğu, polis və xarici vətəndaşların öldürülməsi kimi bir sıra cinayətlərdə ittiham olunur.
Qeyd edək ki, 2011-ci ildə hakimiyyət dəyişikliyindən sonra Yəməndə vəziyyət gərgin olaraq qalır.
Eldar Tanrıverdiyev
AzVision.az