Ukraynada döyüşlər davam edir

Ukraynada döyüşlər davam edir
  09 May 2014    Oxunub:1169
Ukraynanın şərqində anti-terror əməliyyatları davam etdirilir.
AzVision.az-ın məlumatına görə, əsas döyüşlər Slavyansk şəhəri ətrafında gedir. Mayın 5-də şəhərdə Ukrayna Hərbi hava Qüvvələrinə məxsus helikopter vurulub. Ukraynanın daxili işlər naziri Arsen Avakovun sözlərinə görə, anti-terror əməliyyatları nəticəsində 30 separatçı öldürülüb, onlarla insan isə yaralanıb. Hərbçilərdən isə 4 nəfər ölüb, 20 əsgər yaralanıb.

Lakin şəhər hələdə Rusiya meylli şəxslərin nəzarətindədir. Separatçılar may ayının 11-də regionun statusu haqqında referendum keçirməyi planlaşdırır. Rusiya prezidenti Vladimir Putin aktivistlərə referendumu təxirə salmağa çağırsa da, “Donetsk Xalq Respublikası”nın rəhbərliyi bu təklifdən imtina edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti