Səfirimiz hərbi akademiyaya gedib

Səfirimiz hərbi akademiyaya gedib
  09 May 2014    Oxunub:1038
Azərbaycanın Vaşinqtondakı səfirliyinin nümayəndələri Birləşmiş Ştatların Vest Poynt Hərbi Akademiyasında olublar. Azərbaycanın səfiri Elin Süleymanov Akademiyanın rəhbərliyi ilə görüşüb və müdavimlər qarşısında çıxış edib.
Akademiyanın rəhbəri general-leytenant Robert Kaslen ilə görüşən səfir Elin Süleymanov Azərbaycan-ABŞ strateji tərəfdaşlıq məsələlərini müzakirə edib. Daha sonra Akademiyanın yüksək rütbəli zabitləri tərəfindən Azərbaycan nümayəndə heyəti üçün rəsmi brifinq təşkil olunub.

Elin Süleymanovun Akademiyanın professoru Tomas Şerlok ilə birgə müdavimlər üçün Azərbaycan ilə bağlı təqdimatı keçirilib. Təqdimat və sual-cavab sessiyaları zamanı Azərbaycanın artan strateji və geosiyasi rolu xüsusi vurğulanıb.


Teqlər:





Xəbər lenti