Türkiyədə təyyarə qəzası

Türkiyədə təyyarə qəzası
  10 May 2014    Oxunub:1021
Türkiyənin Qaziantep bölgəsində pilotsuz təyyarə qəzaya uğrayıb.

AzVision.az xəbər verir ki, bölgənin Nizip rayonun səmasında uçan pilotsuz təyyarə qəfildən fısdıq bağına düşüb.

Türkiyə rəsmiləri pilotsuz təyyarənin sınaq uçuşları etdiyini bildiriblər. Təyyarə yerə düşəndən sonra yerli sakinlər ordu qüvvələrinə xəbər veriblər.

Hadisə şahidlərinin sözlərinə görə, pilotsuz təyyarə alçaqdan ucuş edirmiş.

Hadisə yerinə gələn ordu qüvvələri pilotsuz təyyarəni oradan götürüblər. Qəzanın səbəbləri barədə məlumat verilmir.


Teqlər:





Xəbər lenti