İran-Ermənistan əməkdaşlığı genişlənir

İran-Ermənistan əməkdaşlığı genişlənir
  10 May 2014    Oxunub:744
2013-cü ildə Ermənistanla İran arasında ticarətin həcmi artaraq 293 milyon dollara çatıb.

AzVision.az-ın verdiyi məlumata görə, bu barədə İranın Ermənistandakı səfirliyinin mədəniyyət üzrə attaşesi bildirib.

Onun sözlərinə görə, ötən il İran Ermənistana 198 milyon dollar həcmində mal ixrac edib. Müsbət saldo isə 103 milyon dollar olub.

Bundan az öncə Ermənistanın İrandakı səfiri Qrikor Arakelyan iki ölkə arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün zəmin hazırlandığını bəyan eləmişdi.


Teqlər:





Xəbər lenti