Bu gün “Eurovision 2014”-ün finalıdır - VİDEO

Bu gün “Eurovision 2014”-ün finalıdır - VİDEO
  10 May 2014    Oxunub:932
Bu gün Danimarkanın paytaxtı Kopenhagendə “Eurovision 2014” mahnı müsabiqəsinin final mərhələsi keçiriləcək.

AzVision.az-ın məlumatına görə, müsabiqənin final mərhələsində 26 ölkə iştirak edəcək.

Kopenhagenin “B&W”səhnəsində keçiriləcək finalda ölkələr bu ardıcıllıqla çıxış edəcək: Ukrayna, Belarus, Azərbaycan, İslandiya, Norveç, Rumıniya, Ermənistan, Çernoqoriya, Polşa, Yunanıstan, Avstriya, Almaniya, İsveç, Fransa, Rusiya, İtaliya, Sloveniya, Finlandiya, İspaniya, İsveçrə, Macarıstan, Malta, Danimarka, Hollandiya, San-Marino və Böyük Britaniyadır.

Qeyd edək ki, “Eurovision 2014” mahnı müsabiqəsinin final mərhələsi Baki vaxtı ilə 00:00-da başlayacaq.



Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti