Turçinov: Şərqi Ukrayna separatçıları dəstəkləyir

Turçinov: Şərqi Ukrayna separatçıları dəstəkləyir
  10 May 2014    Oxunub:949
Ukrayna prezidenti Aleksandr Turçinov etiraf edib ki, Donetsk vilayətinin əhalisi separatçıları dəstəkləyir.
Bu barədə AzVision.az Ukrayna KİV-nə istinadən xəbər verir.

Turçinov hesab edir ki, ötən gün Mariupolda baş verənləri yerli əhalinin dəstəyi olmadan etmək olmazdı. Onun sözlərinə görə, məhz bu ölkənin cənub-şərqində anti-terror əməliyyatlarının keçirilməsini çətinləşdirir.

Qeyd edək ki, ötən gün Mariupol şəhərində Ukrayna hərbçiləri ilə separatçılar arasında toqquşma baş verib. Hadisə nəticəsində 7 nəfər ölüb, 39 nəfər yaralanıb. Yaralıların vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı istisna edilmir.


Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti