Donetskdə “Qırmızı Xaç”ın əməkdaşları oğurlandı
Naməlum şəxslər ötən gün axşam saatlarında “Qırmızı Xaç”ın Donetskin mərkəzində yerləşən ofisinə hücum ediblər. Hadisənin şahidləri bildiriblər ki, silahlı şəxslər həmin vaxt ofisdən yalnız kişiləri özləri ilə aparıblar.
Onlar separatçıların nəzarətində olan Donetsk Vilayət Administrasiyasının binasına gətirilib.
Bu gün səhər saatlarında “Qızıl Xaç”ın Ukraynadakı nümayəndəliyi hadisə ilə bağlı açıqlama yayıb: “Bütün girovlar azadlığa buraxılıb. Onlar sağ- salamatdır”.
Eldar Tanrıverdiyev