Ərdoğan əsəbləşib zalı tərk etdi - FOTOLAR

Ərdoğan əsəbləşib zalı tərk etdi - FOTOLAR
  10 May 2014    Oxunub:931
Türkiyə Dövlət Şurasının 146-cı il dönümü zamanı Türkiyə Vəkillər Birliyinin rəhbəri Metin Feyzioğlunun çıxışında baş nazir Rəcəb Tayyib Ərdoğan əsəbləşib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş nazir Metin Feyzioğlunun nitqinin uzun müddət davam etməsini bəyənməyib və “tərbiyəsizlik edirsən” deyərək etiraz edib.

M.Feyzioğlu isə cavabında ədəbsizlik etmədiyini bildirib: “Mən ədəbsiz davranmadım və heç kimə də mənə ədəbsizlik etdiyimi deməyi yaraşdırmıram”.

Bu cavabdan sonra baş nazir əsəbləşib və Metin Feyzioğluna yenidən irad tutub: “Belə hüquqi əsasın yoxdur. Siyasi çıxış edirsən, cənab sədr 25 dəqiqə danışdı, sən isə 1 saatdır danışırsan”.

Baş nazir bu fikirləri səsləndirdikdən sonra konfransı tərk edib.

Prezidentin mühafizə xidməti ölkə başçısı Abdulla Gül salondan çıxana qədər Dövlət Şurası üzvlərindən heç birinin konfransdan çıxmağına icazə verməyib.

Qeyd edək ki, A. Gül 10 may 2013 – 10 may 2014 tarixləri arasında pensiyaya çıxan Dövlət Şurası üzvlərinin mükafatlandırılacağını demişdi, amma baş nazirlə Vəkillər Birliyinin rəhbəri arasında yaşanan gərginlik bunun təxirə düşməyinə səbəb olub.









Fatimə Kərimli


Teqlər:





Xəbər lenti