İranda təyyarə qəza törətdi

İranda təyyarə qəza törətdi
  11 May 2014    Oxunub:751
randa təyyarə qəzası baş verib.

AzVision.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında İranın Sistan və Bəluçistan vilayətində baş verib.

Belə ki, Məşhəd-Zahidan aviareysini həyata keçirən “Asiman” hava yolları şirkətinə məxsus sərnişin təyyarəsində texniki nasazlıq yaranıb.

Məlumata görə, yerli vaxtla saat 12:00-da Zahidan beynəlxalq hava limanına enməli olan, içərisində 113 sərnişin və 5 ekipaj üzvü olan təyyarənin təkərləri açılmayıb.

Nəticədə pilotlar təyyarəni 45 dəqiqə ərzində şəhər üzərində dövrə vurduraraq yanacağını tamamilə boşaldıblar. Pilotların ustalığı və görülən tədbirlər nəticəsində təyyarəni yerə endirmək mümkün olub.

Ancaq təyyarənin bir qanadı yerə çırpıldığından partlayış ehtimalı nəzərə alınaraq sərnişinlər dərhal evakuasiya olunub. Bu səbəbdən onlardan bəziləri xəsarət alıb. Eyni zamanda təyyarənin bir hissəsi də zərər görüb. (apa)


Teqlər:





Xəbər lenti