Ukrayna NATO-dan hərbi yardım alacaq

Ukrayna NATO-dan hərbi yardım alacaq
  11 May 2014    Oxunub:870
Ukrayna Müdafiə Nazirliyi NATO-dan kömək alacaq.

AzVision.az xəbər verir ki, Ukrayna hərbçiləri ilə NATO ölkələrinin mütəxəssisləri mayın 12-də birgə iclas keçirəcək. İclasda Ukrayna Silahlı Qüvvələri üçün xüsusi avadanlıq göndərilməsi məsələsi müzakirə ediləcək.

Bu barədə Ukrayna müdafiə nazirinin müavini Boqdan Butsa keçirdiyi mətbuat konfransında bildirib:

“Biz Avropa ölkələrinin hərbi attaşeləri ilə iş aparırıq. Bazar ertəsi NATO ölkələrindən logistika məsələləri üzrə mütəxəssislər qrupu ilə iclas keçiriləcəkdir. Bir qayda olaraq, onlar hələ ki, yardım göstərməyə hazırdırlar, bu yardım qırğın vasitələrinə aid deyildir. Biz onlara təkliflərimizi göndərərək, nə almaq istədiyimizi bildirmişik: zirehli jiletlər, qaranlıqda istifadə olunan müşahidə cihazları, kameralar, digər xüsusi texnika. Onların göndərilməsi üçün bu ölkələrin icazəsi olmalıdır”. (anspress)


Teqlər:  





Xəbər lenti