Erməni əsgər öldü

Erməni əsgər öldü
  11 May 2014    Oxunub:950
Ermənistan ordusunun əsgəri ölüb.

Məlumatına görə, sıravi Nerses Karapetyan başından güllə yarası alaraq keçinib. Bu gün səhər saatlarında erməni hərbi qulluqçunun meyidi hərbi hissələrdən birində tapılıb.

Müqavilə əsasında Ermənistanın şimal şərq hissəsindəki hərbi hissələrdən birində xidmət edən Nerses Kazaraviç Karapetyan başından güllə yarası alıb.

Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, hərbçi hospitala aparılarkən yolda ölüb. Hadisənin necə baş verməsi barədə məlumat verilməyib.

Faktla bağlı cinayət işi açılıb, təhqiqat aparılır. (anspress)



Teqlər:





Xəbər lenti