Qarabağ savaş ərəfəsində

Qarabağ savaş ərəfəsində
  11 May 2014    Oxunub:1173
“ABŞ indən belə bizim regionda müharibənin qarşısını almaq üçün heç bir səy göstərməyəcək”.

AzVision.az xəbər verir ki, bu barədə erməni şərhçi İqor Muradyan bu gün yazdığı məqaləsində ATƏT-in amerikalı həmsədri Ceyms Uorlikin son bəyanatını şərh edərkən bildirib.

Digər erməni müəlliflərindən fərqli olaraq öz məqaləsində Ermənistanı təhqiramiz şəkildə “zona”, Dağlıq Qarabağı isə “mübahisəli ərazilər” adlandıran Muradyan qeyd edib: “Artıq “zona”ya başa saldılar ki, Türkiyə və Azərbaycanla münasibətlərin yaxşılaşdırılması, ərazi güzəştləri nisbi suverenliyin qorunmasının, ümumiyyətlə “zona”nın bir etnik ocaq kimi saxlanmasının əsas şərtidir”.

Muradyan daha sonra Qərbin əsas strateji niyyətlərindən birinin Türkiyə ilə Rusiya arasında qarşıdurmanın gücləndirilməsi olduğunu vurğulayır. “Plan, gerçəkdən, aydındır və “zona”nın Türkiyənin dəstəklədiyi Azərbaycanla müharibədə məğlubiyyətini, Rusiyanın və KTMT-nin siyasi yararsızlığının nümayiş etdirilməsini nəzərdə tutur. Bu, Rusiya sisteminin iflasının effektiv rıçaqı ola bilər”,- deyə şərçi bildirib. (anspress)



Teqlər:





Xəbər lenti