Təbiət ABŞ-ın iki ştatına zərbə vurdu

Təbiət ABŞ-ın iki ştatına zərbə vurdu
  11 May 2014    Oxunub:915
Missuri və Kanzas ştatlarından güclü tornado keçib

Amerika Birləşmiş Ştatları yenidən tornadodan əziyyət çəkib.

AzVision.az xəbər verir ki, bu dəfə tornado Missuri və Kanzas ştatlarında dağıntılara səbəb olub. Missuri ştatından keçən tornado xeyli sayda evə ziyan vurub. Dəyən ziyanın miqyasını yerli telekanalların yayımladığı kadrlardan da görmək mümkündür. Xəsarət alanların olması barədə məlumat yoxdur.

Kanzas ştatının mərkəzində isə tornado güclü qasırğa ilə müşayiət olunub. Burada tornado onlarla ağacı aşırıb, evlərə ziyan vurub, elektrik enerjisi naqillərini qırıb.

Yerli hava bürosu Missuri və Kanzas ştatlarında şimşək çaxması xəbərdarlığı edib. (anspress)


Teqlər:





Xəbər lenti