200 qızın qaçırılma təklifini ABŞ kəşfiyyatı verib - İDDİA

200 qızın qaçırılma təklifini ABŞ kəşfiyyatı verib - İDDİA
  12 May 2014    Oxunub:1016
Boko Haram terror təşkilatına əsas dəstəyi ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi və Böyük Britaniyanın Mİ-6-sı verib.

AzVision.az xəbər verir ki, bu iddia ilə Türkiyə mətbuatı çıxış edib. Mətbuat buna əsas səbəb kimi bölgənin kifayət qədər zəngin olmasını göstərib:

"MKİ və Mİ-6-nın əsas hədəfləri qaçırılan qızlar deyil. Əgər elə olsaydı, Əfqanıstan, İraq, Suriya, Yəmən və digər ölkələrdə də oğurlananlara diqqət edərdi. Məqsəd tamam başqadır. Elə məhz bu iki kəşfiyyat orqanı "Boko Haram"a qızları qaçırmaq əmrini veriblər. Daha sonra isə bölgədə qeyri-sabitlik yaradaraq, neft üzərində nəzarəti təmin etmək istəyirlər. Bu ölkələrin xüsusi təyinatlılarından öncə bura gizli agentləri "Boko Haram"la danışıqlara gəlmişdilər".

Qeyd edək ki, "Boko Haram" terror təşkilatı bir müddət öncə 200 məktəbli qızı qaçırmışdı. Sonradan verilən bəyanata əsasən isə bu qızlar satışa çıxarılacaqdı. Qərb ölkələri terror təşkilatının bu addımından sonra dərhal hərəkətə keçəcəklərini bəyan etmişdilər.(axar.az)


Teqlər:





Xəbər lenti