Həmsədrlərdən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

Həmsədrlərdən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ
  12 May 2014    Oxunub:930
ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan arasında atəşkəs rejimi sazişinin 20-ci ildönümü ilə əlaqədar bəyanat yayıblar.
AzVision.az-ın məlumatına görə, bəyanatda deyilir: "Bu saziş əsl müharibəyə son qoydu, sonrakı illərdə faciəli zorakılıqları dayandırdı və tərəflərə sülh təklif edən danışıqların əsasını qoydu. Əldə olunan barışıq sayəsində ermənilərin və azərbaycanlıların yeni nəsilləri müharibənin dəhşətlərini bilmədən böyüdülər. Tərəflər gələcək nəsli belə təcrübədən qorumaq üçün mümkün olan hər şeyi etməlidirlər".

Sənəddə qeyd olunur ki, atəşkəs haqqında saziş Dağlıq Qarabağ münaqişəsini həll etmir: "Saziş Dağlıq Qarabağ ətrafındakı əraziləri işğal altında saxladı. Yekun nizamlanmanın yoxluğu yüz minlərlə insanın davam edən köçkünlüyünə, beynəlxalq sərhəd və təmas xətti boyunca zorakılığın eskalasiyasının daimi təhlükəsinin mövcudluğuna və bəzi dairələrdə status-kvonun sonsuz olaraq saxlana biləcəyi kimi yanlış fikirə gətirib çıxardı".

Bəyanatda qeyd edildiyi kimi, tərəflər həmsədr ölkələrin təklif etdikləri imkanlardan yararlanmağa və ya bu sülh prosesində irəliləyiş üçün zəruri olan siyasi qərarlar qəbul etməyə böyük maraq göstərmirlər.


Teqlər:





Xəbər lenti