Donetsk və Luqansk müstəqilliyi seçdi
Seçicilər yalnız bir suala cavab verməli olub: “Siz dövlət müstəqilliyi haqqında aktı dəstəkləyirsinizmi”?
Donetskdə keçirilən mətbuat konfransında “Donetsk Xalq Respublikası”nın Mərkəzi Seçki Komissiyasının sədri Roman Lyaqin bildirib ki, seçicilərin böyük əksəriyyəti referendumda göstərilən suala müsbət cavab verib: “Səsvermə nəticələri belədir: 89,7 % müstəqilliyin lehinə, 10,19%, əlehinə. Bülletenlərin 0,74%-nin nəticələri isə qeydə alınmayıb”.
Luqansk vilayətində keçirilən referendumun nəticələri barədə məlumatlar isə hələ açıqlanmayıb. Ekspertlərin fikrincə, burada da yerli əhali vilayətin müstəqilliyinə səs verəcək.
Eldar Tanrıverdiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


