Litva prezidenti seçə bilmədi

Litva prezidenti seçə bilmədi
  12 May 2014    Oxunub:897
Litvada prezident seçkiləri keçirilib.
AzVision.az-ın məlumatına görə, seçkilərin ilk turunda namizədlərdən heç biri lazım olan səs faizini toplaya bilməyib.

Litva MSK-nın məlumatına görə, prezident seçkilərində əsas mübarizə hazırkı prezident Dalya Qribauskayte və sosial-demokrat partiyasından olan namizəd Ziqmantas Balçitis arasında gedir. Nəticələrə əsasən namizədlər müvafiq olaraq seçicilərin 46,61% və 13,84%-nin səsini toplayıb.

Prezidentliyə namizədlərdən heç bir 50%-lik göstəricini keçə bilmədiyindən seçkilərin ikinci turu keçiriləcək. Prezident seçkilərinin ikinci turu may ayının 25-nə təyin edilib.

İlkin məlumatlara görə, seçkilərdə ölkə əhalisinin 52,14%-i iştirak edib.


Teqlər:





Xəbər lenti