Donetsk Gömrük İttifaqına qoşulur

Donetsk Gömrük İttifaqına qoşulur
  12 May 2014    Oxunub:819
Donetsk regionunun Rusiyanın tərkibinə qoşulması məsələsinə hələ baxılmayıb, lakin bu istisna olunmur.
Donetsk Xalq Respublikası (DXR) Rusiyanın Gömrük İttifaqına qoşulmaq istəyir. Yerli hökumət bu niyyətini regionun müstəqilliyi ilə bağlı keçirilən referendumdan sonra bəyan edib. Slavyansk xalq meri Vyaçeslav Ponamaryovun sözlərinə görə, hazırda məsəsləyə baxılır, artıq müvafiq prioritetlər müəyyənləşdirilib.

Qeyd edək ki, Donetskdə keçirilən referendumun nəticələrinə görə, müstəqilliyin lehinə seçicilərin 89%-i səs verib. Donetskin Rusiyaya qoşulması ilə bağlı hələlik heç bir qərar verilməsə də, belə bir variant istisna olunmur. Artıq özünü rəsmən müstəqil elan etmiş DXR-in Luqansk vilayəti ilə birləşmək niyyətində olduğu da sirr deyil.

Səbinə Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti