Ukraynada müharibə qızışır

Ukraynada müharibə qızışır
  12 May 2014    Oxunub:1128
Ukrayna ordusu Slavyanskı odlu silahlardan atəşə tutub.
Ukraynanın cənub-şərq ərazilərində vəziyyət gərgin olaraq qalır. AzVision.az-ın Rusiya mətbuatına istinadla verdiyi xəbərə görə, Ukrayna ordusu bu gün səhər saatlarında Slavyansk üzərinə hücuma keçib. Şəhər tanklar və toplarla atəşə tutulub.

KİV-lərin məlumatına görə, ərazidə mobil əlaqə kəsildiyindən blokpostlarla əlaqə yaratmaq və vəziyyət barədə əlavə məlumat almaq çətinləşib.

Ukrayna ordusu sonuncu dəfə Slavyanska ötən gecə hücum edib. Hücumlar Ukrayna hökumətinin bölgədə anti-terror əməliyyatları çərçivəsində həyata keçirilir.

Qeyd edək ki, bölgədə federallaşma tərəfdarlarına qarşı xüsusi əməliyyatların aktiv mərhələsi mayın 2-də başlayıb. Hal-hazırda şəhər Kiyevin nəzarəti altında olan qüvvələr tərəfindən mühasirəyə alınıb.

Səbinə Həsənova


Teqlər:





Xəbər lenti