İran ABŞ təyyarəsini oğurladı

İran ABŞ təyyarəsini oğurladı
  12 May 2014    Oxunub:999
İran iki il öncə vurduğu ABŞ-ın pilotsuz təyyarəsinin eynisi istehsal etdiyini bildirib.
AzVision.az xəbər verir ki, “İran İnqilab Keşikçiləri”nin hazırlatdığı təyyarə İranın ali dini lideri Ayətullah Xamneyinin iştirak etdiyi nümayişdə təqdim olunub. Nümayişdə İranın ali hərbi liderləri də iştirak edib.

İran 2011-ci ildə ölkə səmasına daxil olan ABŞ-ın RQ-170 tipli pilotsuz təyyarəsini vurub. Rəsmi Tehran təyyarəni elektronik hərbi sistemdən istifadə edərək zədələmədən yerə saldığını bildirib.

Bundan sonra isə həmin təyyarənin eynisi istehsal olunub.

Emin



Teqlər:  





Xəbər lenti