`Müxalifət danışıqlarda iştirak etməlidir`

`Müxalifət danışıqlarda iştirak etməlidir`
  12 May 2014    Oxunub:1061
Kiyev rejiminin opponentlərinin iştirakı olmadan Ukrayna üzrə danışıqların dördtərəfli formatı perspektivsizdir.
AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

“Rejimə müxalif olan qüvvələr birbaşa danışıqlara qoşulmasa, bu gərgin vəziyyəti aradan qaldırmaq olmayacaq. Bu faktı ABŞ dövlət katibi Con Kerri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer də daxil olmaqla mənim digər həmsöhbətlərim də təsdiqləyirlər”- deyə Rusiya XİN rəhbəri bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti