Luqansk BMT-yə müraciət edəcək

Luqansk BMT-yə müraciət edəcək
  12 May 2014    Oxunub:919
“Luqansk Xalq Respublikası” müstəqilliyin tanınması ilə bağlı Birləşmiş Millətlər Təşkilatına müraciət edəcək.
AzVision.az-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında separatçıların lideri Vasiliy Nikitin bildirib.

Qeyd edək ki, ötən gün Ukraynanın Donetsk və Luqansk vilayətində regionların statusları haqqında referendum keçirilib. Seçicilər yalnız bir suala cavab verməli olub: “Siz dövlət müstəqilliyi haqqında aktı dəstəkləyirsinizmi”? Donetsk vilayətində seçici fəallığı 75%, Luqanskda isə 81% olub. Səsvermənin nəticələrinə görə, Donetsk vilayətində seçicilərin 89,7 %-i, Luqansk vilayətində isə 96,2% regionların müstəqilliyini dəstəklədiklərini bildiriblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti