Türkiyə rekord məbləğdə cərimələndi

Türkiyə rekord məbləğdə cərimələndi
  13 May 2014    Oxunub:767
Avropa İnsan Haqları Məhkəməsi Türkiyəni 90 milyon avro məbləğində cərimələyib.

AzVision.az xəbər verir ki, mövcud qərar Kiprin 1974-cü ildə adada baş vermiş hadisələrə görə Türkiyəyə qarşı iddiası əsasında qəbul edilib.

Məhkəmənin qərarına əsasən, bu məbləğin 30 milyon avrosu itkin düşənlərin ailələrinə mənəvi təzminat qismində, 60 milyon avro isə Karpaz yarımadasında yaşayan yunanlara veriləcək. (trend)


Teqlər:





Xəbər lenti