Erməni qızı haqda türk filmi Parisdə priz aldı

Erməni qızı haqda türk filmi Parisdə priz aldı
  13 May 2014    Oxunub:1260
4 yaşlı erməni qızı haqda qısametrajlı türk filmi Parisdə keçirilən cənub-şərqi Avropa filmləri festivalının əsas prizini qazanıb.

AzVisio.az xəbər verir ki, türk aktrisası Dərya Durmazın ilk rejissor işi olan “Göy qurşağı” adlı 15 dəqiqəlik film erməni uşağının öz dayısının baqajında Ermənistandan Türkiyəyə səyahətindən bəhs edir.

“Hurriyet Daily Nes”un məlumatına görə, filmdə “Türkiyə ilə Ermənistan arasında bağlı sərhəd problemi” və qeyri-rəsmi sərhəd ticarətinə toxunulur.

Dərya Durmazın sözlərinə görə, layihə barədə qeyri-rəsmi ticarət haqda məqalələrdən birini oxuduqdan sonra düşünməyə başlayıb. Daha sonra o, İrəvanda keçirilən Ermənistan-Türkiyə kinoplatforma çərçivəsində seminara qatılıb. “Seminarda iştirak sərhəddən o tərəfə baxmaq imkanı yaratdı” – deyib aktrisa. (musavat)



Teqlər:





Xəbər lenti