ATƏT sədri Minsk qrupunun bəyanatını alqışladı

ATƏT sədri Minsk qrupunun bəyanatını alqışladı
  13 May 2014    Oxunub:793
ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri Didye Burkhalter ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycan və Ermənistan arasında atəşkəs rejimi haqqında sazişin imzalanmasının 20-cü ildönümü ilə əlaqədar bəyanatını alqışlayıb.

AzVision.az xəbər verir ki, D.Burkhalter münaqişənin nizamlanması üçün göstərdiyi səylərə görə həmsədrlərə və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşikə minnətdarlığını bildirib.

O, qeyd edib ki, 1994-cü ildə imzalanmış saziş Cənubi Qafqazda yaşayan insanların gündəlik həyatına mənfi təsir edən müharibəyə son qoyub: "Qoşunların təmas xəttində ara-sıra zorakılıq halları qeydə alınır. Münaqişənin həlli yolu isə hələ ki tapılmayıb".(trend)

ATƏT sədri, həmçinin həmsədrlərin Ermənistan və Azərbaycan vətəndaşlarına sülhə doğru zəruri addımların atılmasının vacibliyi ilə bağlı müraciətinə qoşulduğunu deyib: "İsveçrə ATƏT-in sədri kimi Minsk qrupuna vasitəçilik missiyasında daim dəstək verir".


Teqlər:





Xəbər lenti