Avropa Birliyindən Kiyevə təcili dəstək

Avropa Birliyindən Kiyevə təcili dəstək
  13 May 2014    Oxunub:992
Avropa Birliyi Ukrayna ilə Assosiasiya sazişinin iqtisadi hissəsini sürətlə imzalamaq niyyətindədir.

AzVision.az xəbər verir ki, bu barədə Avropa Şurasının prezidenti German van Rompey Kiyevdə jurnalistlərin qarşısında çıxışı zamanı bildirib.

"Avropa Birliyi imzalanma istiqamətində hərəkətini sürətləndirmək və qalmış bəndlərin müvəqqəti tətbiqini istəyir", - deyə o bildirib.

Qeyd edək ki, Donetskdə keçirilən referendumun nəticələrindən sonra "Donetsk Xalq Respublikası" adlandıran qurumun seçki komissiyasının sədri Roman Lyaqin qeyd edib ki, səsvermənin nəticələrinə görə, əhalinin 90 faizi vilayətin suveren şəkildə idarə olunmasına tərəfdar çıxıb. Lyaqinin bildirib ki, səsverməyə əhalinin 75 faizi, yəni, təxminən 3 milyon insan qatılıb.

"Donetsk Milli Respublikası"nın müvəqqəti hökümətinin sədri Denis Puşilin isə bəyan edib ki, Donetsk vilayətinin ərazisində Ukraynada may ayının 25-nə təyin olunmuş prezident seçkiləri keçirilməyəcək.


Teqlər:





Xəbər lenti